UEFA ötən mövsümün ən yaxşı futbolçusu seçdi

2022/2023 mövsümünün ən yaxşı futbolçusu bilinib.

Metbuat.az-ın məlumatına görə, bu ada İngiltərənin “Mançester Siti” klubunun hücumçusu Erlinq Haaland layiq görülüb.

Qalibin adı Fransanın Monako şəhərində keçirilən qrup mərhələsinin püşkatma mərasimində açıqlanıb.

Norveçli forvard səsvermədə “şəhərlilər”dəki komanda yoldaşı olan belçikalı yarımmüdafiəçi Kevin De Bruyne və ötən mövsümü Fransa PSJ-sində keçirən argentinalı hücumçu Lionel Messini qabaqlayıb.

Qadınlar arasında ötən mövsümün ən yaxşısı adına isə İspaniya yığmasının və “Barselona” klubunun yarımmüdafiəçisi Aitana Bonmati layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR