"Qarabağ" qrupa düşməklə bu qədər qazandı - MƏBLƏĞ

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsinə düşməklə qazandığı məbləğ bəlli olub.

Metbuat.az "Yenisabah.az"a istinadən UEFA Azərbaycan çempionuna ilkin 3 milyon 630 min avro mükafat ödəyəcək.

Avropa Liqasının qrupunda oynayacaq komandalar üçün 116 milyondan çox pul ayrılıb. Bu rəqəm 32 klub arasında bərabər bölünür. Hər iştirakçı 3,63 milyon qazanır. “Qarabağ” da pley-offda “Olimpiya”nı keçməklə bu vəsaitə sahib çıxıb.

UEFA bundan əlavə vəsait də verir. Bu, klubların reytinqi və digər marketinq məsələlərinin detalları ilə tənzimlənir.

Təmsilçimiz qrupda keçirəcəyi 6 matçda da qazanc əldə edə bilər. Burada hər qələbə 630, heç-heçə 210 min pul gətirəcək. Qrup qalibi 1,1 milyon, ikinci yerin sahibi 550 min əldə edəcək. Bu iki komanda həm də növbəti mərhələyə vəsiqə üçün əlavə bonus alacaq. Pley-offda iştirak 500 min, 1/8 finala vəsiqə 1,2 milyon gətirəcək.

Qeyd edək ki, Konfrans Liqasına yuvarlanan “Olimpiya” 2,94 milyon qazanacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR