​"Fənərbaxça"dan "Mançester Yunayted"ə tarixi transfer - FOTO

"Fənərbaxça"nın qapıçısı Altay Bayındır "Mançester Yunayted"ə tranfer olub.

Metbuat.az xəbər verir ki, bu barədə "Mançester Yunayted" klubu açıqlama verib. İngiltərə klubunun açıqlamasında "Fənərbaxça"nın formasını geyən 25 yaşlı qapıçı ilə 2027-ci ilə qədər müqavilə imzalandığı qeyd edilib. Altay Bayındır transferi barədə “"Mançester Yunayted"ə qoşulmaq və bu qeyri-adi klubu təmsil edən ilk türk oyunçu olmaq böyük şərəfdir. Mən uğur qazanmağa həvəsliyəm. Bu xüsusi oyunçu qrupunun məqsədlərinə çatması üçün əlimdən gələni edəcəyəm" deyə bildirib.

Qeyd edək ki, "Mançester Yunayted" bundan əvvəl Mason Mount, Andre Onana və Rasmus Hojlunddanı transfer edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR