Azərbaycan qeyri-neft məhsullarını ən çox bu ölkələrə ixrac edib

Bu ilin iyul ayında Azərbaycanın qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (89,6 milyon ABŞ dolları) birinci olub.

Metbuat.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hazırladığı “İxrac icmalı”nın avqust sayında bildirilir.

Bu siyahıda Türkiyə (42,6 milyon ABŞ dolları) ikinci, Gürcüstan isə (18,4 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.

İyul ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında şaftalı (23 milyon ABŞ dolları) birinci, ilkin formalı propilen sopolimerləri (12,5 milyon ABŞ dolları) ikinci və qızıl (11,5 milyon ABŞ dolları) üçüncü olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR