Ovusu Kvabena "Qarabağ"a geri dönür? - FOTO

“Qarabağ”ın sabiq futbolçusu Ovusu Kvabena 2 gün əvvəl özünün İnstaqram səhifəsində diqqətçəkən paylaşım edib.

Metbuat.az "Qol.az"a istinadən xəbər verir ki, Macarıstanın “Ferensvaroş” klubuna məxsus olan qanalı hücumçunun paylaşımındakı şəkillərin Bakıda çəkildiyi ehtimal olunur. Bir şəklin isə “Qarabağ”ın bazası - klubun ofisinin girişində çəkildiyi güman edilir. Amma Ovusunun qalın geyimindən şəkillərin yay fəslində çəkilmədiyini söyləmək olar.

Bu şəklin altına Ağdam klubunun futbolçusu Julio Romao “Welcome back” (geriyə xoş qayıdırsan) sözlərini yazıb. Bu da istər-istəməz Ovusunun yenidən “Qarabağ”da oynayacağına dair fikirlərin yaranmasına əsas verir.

Maraqlıdır ki, Ovusu özünün “Qarabağ”da vurduğu qollarla bağlı izləyicilərinin paylaşımını da repost edib.

Xatırladaq ki, Ovusu Kvabena bu ilin yanvarında “Qarabağ”dan “Ferensvaroş”a transfer olunub. Onun Budapeşt klubu ilə müqaviləsi 2025-ci ilin iyununda başa çatır.

O, 2020-ci ilin yanvarından 2023-cü ilin yanvarınadək “Qarabağ”ın oyunçusu olub.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR