PSJ-dən 75 milyonluq transfer - RƏSMİ

Fransanın PSJ klubu “Ayntraxt”ın hücumçusu Randal Kolo Muanini transfer edib.

Metbuat.az bildirir ki, bu barədə klub rəsmi məlumat yayıb. Fransa klubu ilə forvard arasındakı müqavilə 2028-ci ilə qədərdir. PSJ oyunçu üçün qarşı tərəfə 75 milyon avro ödəyəcək. Müqavilədə həmçinin bonuslar da yer alıb.

Qeyd edək ki, keçən mövsüm Kolo Muani “Ayntraxt”ın heyətində bütün yarışlarda 46 oyun keçirib, 23 qol vurub, 17 məhsuldar ötürmə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR