"Zaurun verilişinə çıxmaq üçün bu qədər pul istədilər" - Tanınmış model

Tanınmış azərbaycanlı model, “Miss Azerbaijan - 2019”-un qalibi Səmra Hüseynova aparıcı Zaur Kamalla bağlı iddia səsləndirib.

Metbuat.az xəbər verir ki, Səmra Hüseynova verilişə çıxması üçün ondan 1000 manat pul tələb edildiyini deyib:

“Mənə Zaur Kamalın verilişindən zəng gəlib. Onlar məndən 1000 manat pul istəyirlər. Kişi də qadından pul istəyər? Hansı zamanəyə gəlmişik? Zaur deyir ki, mən onlara 1000 manat pul verməliyəm ki, verilişinə çıxım. Təsəvvür edin, "Miss Azerbaijan -2019” Səmra 1000 manat pul verməlidir. Ay Zaur Kamal, bu nə məsələdir? Məəttəl qalmışam”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı