Xankəndi "meri"nin ailəsi şəhəri belə tərk etdi - VİDEO

Xankəndində özünü “mer” adlandıran separatçı David Sarkisyanın həyat yoldaşı bir müddət əvvəl Laçın sərhəd-keçid məntəqəsindən keçərək Azərbaycan şəhərini tərk edib.

Metbuat.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan İctimai Televiziyasının reportajını izləyən Ermənistan mətbuatı qadını müəyyən edib.

Görünür, separatçı elita qaçılmaz sonun yaxınlaşdığını anladıqları üçün ailələrini götürüb qaçırlar.

Qeyd edək ki, Sarkisyanın yerli kənd təsərrüfatında işləyən həyat yoldaşı Erna Cavadyan əvvəllər hamıya and içib ki, heç vaxt Xankəndini tərk etməyəcək və onun sakinləri ilə qalacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı