Sərdar Ortaç bu azərbaycanlı rəqqasə ilə evlənir - FOTO

Türkiyəli müğənni Sərdar Ortaç növbəti dəfə evlənəcəyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında etdiyi canlı yayım zamanı danışıb.

Pop ulduz İnci adlı xanımla evlənəcəyini bildirib.

Türkiyə mətbuatı isə söhbət rəqqasə İnci Həbibovadan getdiyini yazır. Məlumata görə, Mustafa Sandalla yanaşı, Sərdar Ortacın da rəqs qruplarında yer alan rəqqasə azərbaycanlıdır, 1988-ci ildə Bakıda anadan olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR