Serxio Ramos yüksək maaşla bu kluba keçir - MƏBLƏĞ

Serxio Ramosa Səudiyyə Ərəbistanından sərfəli təklif gəlib.

Metbuat.az fanat.az-a istinadən xəbər verir ki, informasiyanı tanınmış insayder Nikola Skira yayıb.

Mənbənin məlumatına görə, "Əl-İttihad" 37 yaşlı ispaniyalı ilə anlaşmağa yaxındır. Səudiyyə klubu veteran futbolçu uğrunda mübarizədə Türkiyənin "Qalatasaray"ını qabaqlayır. Ramosun Səudiyyə Ərəbistanına keçəcəyi təqdirdə maaşı ildə 20 milyon avroya çata bilər. Mərkəz müdafiəçisinin müqaviləsi iki illik olacaq.

Bu keçid baş tutsa, Serxio Ramos "Əl-İttihad"da uzun illər "Real Madrid"də birgə çıxış etdiyi hücumçu Kərim Benzema ilə yenidən bir araya gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR