"AzParking" tətbiqindən qeydiyyatdan keçənlərin sayı 87 mini ötüb

Bir aya yaxındır ki, nəqliyyat vasitələrinin parklanmasına görə ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir.

Metbuat.az Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin yaydığı məlumata istinadən xəbər verir ki, avqust ayının 7–dən bu günə qədər 87 min 535 nəfər mobil tətbiqi yükləyərək qeydiyyatdan keçib.

Bundan başqa, 3 min 764 nəfər balansın artırılması əməliyyatını həyata keçirib.

Qeyd edək ki, parklanmaya görə ödənişlər mobil tətbiq, sms və ödəmə terminalları vasitəsilə edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR