"Kaseti arvadıma göstərdim, dedi ki..." - İncedən ilginc AÇIQLAMA

Türkiyədə Məmləkət Partiyası sədri, siyasətçi Muharrem İnce prezident seçkiləri dövründə haqqında yayılan seks kaseti qalmaqalı barədə danışıb.

Metbuat.az türk mediasına istinadən bildirir ki, o, bunları qeyd edib:

"Arvadıma dedim ki, bax, seks kasetim çıxıb. Baxıb dedi yox, bu sən deyilsən. Soruşdum ki, nədən bildin? Dedi birincisi, sən saat taxan deyilsən. İkincisi, sənin qoltuğun tüklü olmur".

Qeyd edək ki, İncə sözügedən qalmaqaldan sonra prezidentliyə namizədliyini geri çəkmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı