Azərbaycan idmançısı Almaniya çempionatında uğurlu çıxış edib

Azərbaycan yığmasının üzvü Aqata Zəhrabəyova sentyabrın 1-3-də keçirilən atçılıq idmanının dresaj növü üzrə Almaniyanın açıq çempionatında uğurlu çıxış edib.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib. Bildirilib ki, o, 25 idmançının iştirakı ilə baş tutan həlledici mərhələdə 3-cü yeri tutub.

Qeyd edək ki, Aqata Zəhrabəyova mütəmadi olaraq Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə Almaniyanın Düsseldorf şəhərində təlim-məşq toplanışlarına qatılır və ölkəmizi Avropanın ən mötəbər turnirlərində təmsil edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR