Bu bürclərə müjdə: 2023-cü ilin sonunadək evlənəcəklər

Bəzi insanlar doğru sevgini, həyat yoldaşını və həqiqi tərəf müqabilini nə vaxt tapacaqlarını heç vaxt bilmirlər. Bəziləri doğru insanı tapsa da, evlənməyə tələsmir, bəziləri isə qısa müddətdə nikah masasına oturur.

Metbuat.az baku.ws-ə istinadən xarici astroloqlara görə 2023-cü ilin sonuna doğru evlənəcək bürcləri təqdim edir:

Buğa

Onları sevgiyə inandıran biri ilə qarşılaşacaqları üçün il sonu Buğalar üçün əlverişli zaman olacaq. Bu səbəbdən də Buğalar növbəti addımı atacaq və iki dəfə düşünməyəcəklər, çünki kiminlə evlənəcəklərinə əmindirlər.

Şir

Onlar partnyoruna hər şeyi verəcək sadiq sevgililərdir. Sevdiyini xoşbəxt etməkdə Şirlərdən daha yaxşısı yoxdur. Onların 2023-cü ilin sonunadək evlənmək şansı böyükdür.

Qız

Çox güman ki, 2023-cü ildə "ruh əkizləri" ilə evlənəcəklər. Onlar böyük bir toy təşkil edə biləcəklər, çünki nəhayət kiminləsə münasibət qurmağın vacibliyini dərk edəcəklər. 2023-cü il onların yaddaşında şəxsi həyatlarında xoşbəxtliklə dolu anlarla xatırlanacaq.

Tərəzi

Tərəzilər üçün çox həyəcanlı dövr olacaq. Çünki il sonu çox şanslı keçəcək. Onlar ehtiyaclarını qarşılayacaq və eyni zamanda özlərini çox xüsusi hiss etdirəcək bir tərəfdaş tapa biləcəklər. Kainat onları sabit gələcəyə doğru istiqamətləndirəcək.

Dolça

Bu sırada sonuncu olsalar da Dolçaların da üzü eşqdən yana güləcək. Onlar il sonuna qədər evliliyə doğru ciddi addımlar ata, ruh əkizləri ilə həyatlarını birləşdirə bilərlər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR