Məktəbli forması ilə bağlı nazirlikdən AÇIQLAMA

Vahid məktəbli formasından imtina etməklə bağlı Elm və Təhsil Nazirliyinə müraciət daxil olmayıb.

Metbuat.az bildirir ki, bu barədə "Report”un sorğusuna cavab olaraq nazirlikdən bildirilib.

Qeyd edək ki, yeni tədris ilindən etibarən ölkə məktəblərində vahid məktəbli forması istifadə olunacaq. Hər bir ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası valideynlərin də rəyini nəzərə alaraq 4 nümunədə geyim formasından birini seçib və bununla bağlı müvafiq qərar qəbul edib. Geyim forması azı 3 tədris ilində dəyişilməz qalacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR