"Putinin iki şərti var" - Ərdoğan AÇIQLADI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara Dəniz Taxıl təşəbbüsünün (“Taxıl sazişi”nin) yenilənməsi üçün Rusiya Prezidenti Vladmir Putinin 2 şərtini açıqlayıb.

Metbaut.az NTV-yə istinadən xəbər verir ki, bu barədə Ərdoğan Soçi görüşündən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, şərtlərdən biri Rusiya Kənd Təsərrüfatı Bankının (Rosselxozbank) Türkiyənin “Ziraat Bankı”nın SWIFT sisteminə qoşulmasından ibarətdir.

Türkiyə Prezidentinin sözlərinə görə, Putinin ikinci şərti taxıl nəqlində iştirak edən gəmilərin sığortalanması məsələsinin həllidir.

Ərdoğan onu da əlavə edib ki, Rusiya Prezidenti Putin ilkin mərhələ üçün 6 ölkəyə 1 milyon ton taxıl göndərməyə razılaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR