“Azərreyl” klubu 4 voleybolçu ilə müqaviləni yenilədi

Qadın voleybolçulardan ibarət “Azərreyl” komandası yeni mövsüm üçün heyətini gücləndirməyə davam edir.

Klubdan verilən məlumata görə, ölkəmizi Çağırış Kubokunda təmsil edəcək komanda baş məşqçi Cengiz Akarçeşmenin ardınca 5 oyunçu ilə danışıqları müsbət yekunlaşdırıb.

Ötən mövsüm komandanın Azərbaycan çempionu olmasında pay sahibi olan blokçu Aynur İmanova, toppaylayıcı Raziyə Əliyeva, libero Asiyat Abuyeva və hücumçu Xanım Cəlilova ilə müqavilə yenilənib. Razılığa əsasən, onlar daha bir il “Azərreyl”in uğurları üçün çalışacaqlar.

Bu voleybolçularla yanaşı, Aişə Alismanova da yeni mövsümdən “Azərreyl”in formasını geyinəcək. Gənclər komandasından cəlb olunan 15 yaşlı hücumçu ilə rəsmi müqavilə imzalanıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR