Mbappe PSJ-yə böyük jest etdi

Kilian Mbappe PSJ-yə böyük jest edib.

Metbuat.az xəbər verir ki, Mbappe PSJ-dən alacağı məbləğdən imtina edib. Fransa mətbuatının məlumatına görə, müqavilədə Mbappenin PSJ-dən bonuslar alacağı nəzərdə tutulub. Lakin Mbappe bonusların bir hissəsi olan 100 milyon avrodan imtina edib. Xəbərdə deyilir ki, Mbappe jestinə baxmayaraq PSJ ilə müqavilə yeniləmək istəmir. Məlumata görə, Mbappe gələn mövsüm klubdan azad agent kimi ayrılmaq istəyir.

Qeyd edək ki, PSJ-nin Mbappeyə yeni müqavilə təklif etdiyi bildirilmişdi. Lakin Mbappenin bu təklifdən imtina etdiyi bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR