“Mançester Yunayted” Serxio Ramosa 1 illik müqavilə təklif edib.
Metbuat.az xəbər verir ki, Ramos həftəlik 73 min funt-sterlinq təklifi düşünmədən təklifi rədd edib. “The Sun” qəzeti yazır ki, Ramosun bu davranışı “Mançester Yunayted”i narahat edib. Bu alçaldıcı vəziyyətin klubu qəzəbləndirdiyi bildirilir.
Qeyd edək ki, Raphael Varan zədələndiyi üçün klub yeni müdafiəçi transfer etməyə çalışıb. Ramos İngiltərəyə getməkdənsə, köhnə klubu “Sevilya”ya qayıtmağa üstünlük verib. Ramos 2003-2006-cı illərdə "Sevilya"nın heyətində 50 oyun keçirib.