Türkiyənin "Adana Dəmirspor" klubu "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyevi transfer etmək istəyir.
Metbuat.az bildirir ki, bu barədə türk mediası yazır. Bildirilir ki, Ş.Məhəmmədəliyevlə 2+1 illik müqavilə imzalanması üçün razılıq əldə olunub. Adana təmsilçisinin 29 yaşlı futbolçu üçün Ağdam klubuna təzminat ödəməyəcəyi iddia edilib.
Məsələ ilə əlaqədar olaraq Ağdam təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elvar Quliyevlə "Offsideplus"a danışıb. Klub rəsmisi arasında danışıqların getdiyini, transferin reallaşmaq ehtimalının böyük olduğunu qeyd edib:
"Bəli, belə məsələ var. Klublar arasında danışıqlar gedir. Böyük ehtimalla keçid baş tutacaq".