Ukraynanın yeni müdafiə naziri bəlli oldu

Ukrayna Ali Radası Rüstem Umerovun müdafiə naziri təyin edilməsini təsdiqləyib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb. Ali radada 338 səslə onun təyin edilməsinə səs verib.

Qeyd edək ki, 2022-ci ildə Umerov Dövlət Əmlak Fonduna rəhbərlik edib, bundan əvvəl isə Radanın deputatı və İnsan Hüquqları və işğal olunmuş ərazilərin işğaldan azad edilməsi komitəsinin katibi olub.

Xatırladaq ki, daha əvvəl Ukrayna Ali Radası müdafiə naziri Oleksiy Reznikovun istefasını təsdiqləyib. Bundan sonra müdafiə nazirinin üç müavini istefa verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı