Pakistan Əfqanıstanla sərhədi bağladı

Pakistan hər iki tərəfin sərhədçilərinin bir-birinə atəş açmasından sonra Əfqanıstanla ən mühüm sərhəd məntəqələrindən birini bağladığını açıqlayıb.

Metbuat.az xəbər verir ki, Əfqanıstan və Pakistan sərhədçiləri Hayber-Paxtunxva əyalətindəki sərhəd-keçid məntəqəsində bir-birinə atəş açıblar və insident nəticəsində xəsarət alan olmayıb. Gərginliyi azaltmaq üçün Pakistan və Əfqanıstan hökumətlərinin və hərbi rəsmilərin təmasda olduğu vurğulanıb. Sözügedən sərhəd qapısı iki ölkə arasında ən mühüm sərhədlərdən biridir.

Pakistan rəsmiləri meyvə və tərəvəz kimi tez xarab olan məhsulları daşıyan yük maşınlarının sərhədin hər iki tərəfində gözlədiyini qeyd edib. Digər tərəfdən, “Taliban” müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyinin sözçüsü Əbdül Metin Kani tərəflər arasında münaqişənin olduğunu təsdiqləyib və belə hadisələrin baş verməməsi üçün səy göstərəcəklərini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR