Məktəblərdə bu qadağan edilə bilər - Nazir AÇIQLADI

"Hazırda məktəbə telefon gətirməyi qadağan edən norma yoxdur, yəni hüquqi-nöqteyi nəzərdən bu qadağan deyil".

Metbuat.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, gələcəkdə bununla bağlı işlərin görülməsi mümkündür:

"Ötən ildən biz şagird davranış qaydalarını təsdiq etdik. Onu 300-ə yaxın məktəbdə pilot qaydada həyata keçiririk. Hazırda məktəbə telefon gətirməyi qadağan edən norma yoxdur, yəni hüquqi-nöqteyi nəzərdən bu, qadağan deyil. Amma məktəbin özünü daxili qaydaları ilə bu, tənzimlənə bilər.

Dərsin ortasında nə müəllim, nə də şagird telefonla oynamalıdır. Bunlar sadəcə telefon söhbəti yox, məktəbdə xeyli sayda hallar var ki, onlar tənzimlənməlidir. Hüquqi-nöqteyi nəzərdən baxsaq, telefon şagirdin şəxsi əmlakıdır. Burada xeyli sayda məsələlər var ki, həll edilməlidir. Hazırda bunu ciddi şəkildə nəzərdə keçiririk. Gələcəkdə məktəblərdə telefondan istifadənin qadağan edilməsi mümkündür".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı