“Xiaomi” şirkəti “Kingsoft” proqram təminatı istehsalçısının səhmlərinin kiçik bir hissəsini alır

“Xiaomi” şirkəti “Kingsoft” proqram təminatı istehsalçısının səhmlərinin kiçik bir hissəsini alır
16:16 19 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

“Xiaomi”  şirkəti “Tencent Holdings Ltd”ən proqram təminatı istehsalçısı olan “Kingsoft”un səhmlərinin 3 faizini 68 milyon dollara almağa razılıq verib.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, dünyanın üçüncü smartfon istehsalçısı “Xiaomi” ilə işbirliyinin başlanması yanvarın sonunda gözlənilir.

Çinin sosial şəbəkələr və videooyunlar nəhəngi “Tencent” şirkəti  “Kingsoft”un səhmlərinin 9,6 faizini əlində saxlayıb.

Qeyd edək ki, “Xiaomi”nin sədri və baş idarəedicisi Ley Jun və artıq həm də internet təhlükəsizliyi və ofis proqram təminatı ilə məşğul olan “Kingsoft”un rəhbərlərindən biridir. Bu işbirliyi Ley Junun “Kingsoft”da səs hüququnu 29,9 faizədək artıracaq.

Bu gün 45 milyard dollar səviyyəsində qiymətləndirilən və dünyanın ən bahalı startapı olan, “Xiaomi” ilə tərəfdaşlıq “Kingsoft” üçün uğurlu olacaq və biznesinin irəliləyişinə xidmət edəcək.
 
Aynur Vəliyeva


Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-34851-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR