Ərdoğan-Putin görüşü barədə açıqlama: Razılıq əldə olundu

Rusiya Prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında Soçidə keçirilən görüşdən sonra taxıl daşınması barədə diqqətçəkən açıqlama verilib.

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı Rusiyadan yeni açıqlama verilib. Rusiya tərəfi Afrikaya göndərməyi planlaşdırdığı 1 milyon ton taxılın Türkiyə tərəfindən daşınması üçün prinsipial razılığın əldə edildiyini açıqlayıb.

Plana görə, daşınması planlaşdırılan taxıl Qətərin maliyyə dəstəyi sayəsində ucuz qiymətə satılacaq. Açıqlamada Rusiya taxılının ixracının Türkiyənin tərəfindən nizamlanacağı qeyd edilsə də Türkiyənin rolu barədə ətraflı məlumat verilməyib.

Açıqlamada deyilir ki, tərəflər prinsipcə bütün məsələlərdə razılıq əldə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR