Veysəloğlu Şirkətlər Qrupunun dəstəklədiyi 19 gənc universitetə qəbul oldu

Şirkətlər Qrupu indiyə qədər 76 gəncin ali təhsil almasına şans qazandırıb

Veysəloğlu Şirkətlər Qrupu (VŞQ) “Gələcəyini Qur!” Gəncliyə Dəstək layihəsi ilə əməkdaşlığını davam etdirərək bu il 19 gəncin ali təhsil müəssisələrinə qəbul olması üçün dəstək göstərib.

VŞQ 2022-2023-cü tədris ili üçün layihənin Kürdəmir və Hacıqabuldan olan 20 gəncin ali məktəbə hazırlığına dəstək olub. Nəticə etibarilə şagirdlərdən 19-u tələbə adına layiq görülüb. Onlardan bir çoxu Bakının müxtəlif universitetlərində dövlət sifarişli əsaslarla təhsilini davam etdirəcək.

Veysəloğlu Şirkətlər Qrupu artıq dörd dəfədir ki, bu layihənin sponsorudur və bu zaman ərzində 76 gəncin təhsil almasına şans qazandırıb.

“Gələcəyini Qur!” gənclərin inkişafına yönəlmiş bir layihədir. Layihə çərçivəsində Bakı və regionlarda yaşayan yüksək intellektual qabiliyyətli və ali məktəblərdə təhsil almaq arzusunda olan gənclərin biliklərinin artırılmasına və ali təhsilə yiyələnməsinə imkan yaradılır. Layihə iştirakçıları olan 11-ci sinif şagirdləri bir il ərzində əlavə dərslər və imtahanlarda iştirak edir, psixoloji dəstək alır və müxtəlif inkişafetdirici tədbirlərdən faydalanır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR