Şəhid Elşad Həsənovun övladı dünyaya gəldi - FOTO

Bu il Laçında şəhid olan Elşad Həsənovun övladı dünyaya gəlib.

Metbuat.az xəbər verir ki, bu barədə “YAŞAT” Fondu məlumat yayıb.

Qeyd olunub ki, bu ilin aprel ayının 11-də Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısı alınarkən şəhid olan qəhrəmanımız Elşad Həsənovun Bakı şəhərində doğulan övladı Əzizin zəruri xərcləri Fond tərəfindən qarşılanıb.

Bu məqsədlə 1000 AZN vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpə - Əzizin adına isə depozit hesabı açılacaq və 5000 AZN vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.

Şəhidin övladı həmin vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək.

Xatırladaq ki, “YAŞAT” Fondunun "Onlar bizə əmanət" layihəsi davam edir. Layihə indiyədək 107 şəhid övladını əhatə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR