Fəhlələr Böyük Çin Səddini sökdülər

Çində inanılmaz hadisə baş verib.

Metbuat.az xəbər verir ki, Şansi əyalətində iki fəhlə yolu qısaltmaq üçün Böyük Çin Səddinin bir hissəsini söküblər. Tarixi abidəyə bərpası mümkün olmayan ziyan vuran iki işçi saxlanılıb.

Məlumata görə, divarda mövcud olan boşluğu tikinti texnikası ilə daha da genişləndirən fəhlələr tarixi abidəyə zərər vurublar. Divarın yıxılan hissəsinin Min sülaləsi (1368-1644) dövründə tikildiyi bildirilib.

Qeyd edək ki, Böyük Çin səddi 1987-ci ildən YUNESKO-nun Ümumdünya İrs siyahısındadır. Abidə eramızdan əvvəl 3000-ci ildə, Çinin ilk imperatoru Qin Şi Huanqın dövründə inşa edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR