Haaland üçün "Real"dan təklif, "Siti"dən fantastik maaş

"Mançester Siti" Erlinq Haalandla yeni müqavilə imzalamaq niyyətindədir.

Metbuat.az xəbər verir ki, "Mançester Siti" norveçli hücumçuya fantastik müqavilə təklif edib. Yeni müqavilədə Haalandın məvacibinin 22,8 milyon avrodan 38 milyon avroya yüksəldilməsi nəzərdə tutulub. Bu, Haalandın məvacibinin 60 faiz artması deməkdir.

Məlumata görə, “Mançester Siti”nin yeni müqavilə imzalamasının əsas səbəbi 23 yaşlı ulduzun 200 milyon avroluq sərbəst qalma maddəsini aradan qaldırmaqdır. Hazırkı müqaviləsində 200 milyon avro sərbəst qalma maddəsi olan futbolçunun yeni müqaviləsində bu maddə olmayacaq. İddia edilir ki, "Mançester Siti" hücumçunun başqa kluba keçməsinin qarşısını almaq üçün belə həmlə edib.

“Real Madrid”in Erlinq Haalandı transfer etmək üçün hərəkətə keçdiyi iddia edilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR