İTV-nin məşhur verilişi bağlandı - FOTO

İTV-də yayımlanan "Gəl, qonaq ol" verilişinin fəaliyyəti başa çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə verilişin aparıcısı Saleh Bağırov məlumat verib.

"Gəl, qonaq ol" verilişini 4 televiziya mövsümünü başa vuran layihə adlandıran aparıcı bildirib: Əminliklə deyirəm ki, biz ənənəvi stereotipləri darmadağın edib, yeni standartlar yaratdıq. Qəhrəmanlarımızı bircə-bircə seçib hər qonağa həssaslıqla yanaşdıq. Ziyalılar, alimlər, həkimlər, müəllimlər, milli qəhrəmanların ailələri, siyasətçilər, iqtisadçılar, şair, bəstəkar, yazıçı, rəssam, incəsənət və elm xadimləri qonağımız oldular. Bu şəxsiyyətləri sənədli film səviyyəsində tarixiləşdirdik.

Özümüzü və mənliyimizi asan yola qaçıb baxılsın deyə ancaq müğənnilər üzərində veriliş qurub reytinq yolunda həlak etmədik. Zövqləri korlamadıq, bəsit söhbətlərdən qaçdıq. Məzmun və dəyərləri əsas tutduq. Ev proqramının yalnız mətbəx söhbətləri, qazanın içi, buz dolabı və yataq otağı olmadan da hazırlamağın mümkün olduğunu sübut etdik.

Bu layihə efir ömrünü başa vurdu. İrəlidə tamaşaçılarımızı yeni və gözəl işlər gözləyir".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR