Ermənistan-ABŞ təlimlərindən YENİ XƏBƏR

Təxminən 85 ABŞ hərbçisi ABŞ-Ermənistan birgə təlimində iştirak edəcək.

Metbuat.az "Sputnik Armenia"ya istinadən xəbər verir ki, bu barədə ABŞ Ordusunun Avropa və Afrika Komandanlığından məlumat verilib.

Polkovnik Martin O'Donnell bildirib ki, təlim ölkələrə "taktiki səviyyədə əlaqələr qurmağa" və sülhməramlı əməliyyatlar üçün bölmələr arasında "qarşılıqlı fəaliyyət qabiliyyətini" artırmağa imkan verəcək.

Qeyd edək ki, sentyabrın 11-dən 20-dək baş tutacaq ilk təlimdə ABŞ-ın 101-ci Hava Desant Diviziyasının 1-ci Briqadası və Kanzas Milli Qvardiyasının əsgərləri iştirak edəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR