"Qarabağ"ın yeni mətbuat katibi o ola bilər

“Qəbələ”nin Mətbuat xidmətinin rəhbəri Anar Hacıyev fəaliyyətini “Qarabağ”da davam etdirə bilər. Artıq tərəflər arasında danışıqlar gedir.

Metbuat.az “Qafqazinfo”ya istinadən bildirir ki, klubun baş meneceri Asif Əsgərov isə hələlik heç nəyin dəqiqləşmədiyini bildirib: “Bir şey deyə bilmərəm”.

Qeyd edək ki, Anar Hacıyev uzun müddətdir “Qəbələ”nin Mətbuat xidmətinin rəhbəridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR