Şahruddinin yerinə o gəlir - "Qarabağ"dan AÇIQLAMA

Qapıçı Şahruddin Məhəmmədəliyevin "Adanaspor"a keçidindən sonra Ağdam təmsilçisi UEFA-ya yeni qolkiper sifariş edəcək.

Metbuat.az xəbər verir ki, bunu Fanat.Az-a açıqlamasında "köhlən atlar"ın direktoru Əmrah Çəlikəl deyib.

Klub rəsmisi Şahruddinin əvəzinə UEFA-ya gənc "çərçivə" qoruyucusu Amin Ramazanovun adının göndəriləcəyini bildirib.

Hazırda "Qarabağ"ın 3 qapıçısı var. Bunlar bir müddət öncə "Bayer Leverkuzen"i Azərbaycan təmsilçisinə dəyişən Andrey Lunyov, Luka Quqeşaşvili və Amin Ramazanovdur.

Qeyd edək ki, ağdamlılar AL-in H qrupunda "Bayer Leverkuzen" (Almaniya), "Molde" (Norveç) və "Hekken"lə mübarizə aparacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR