“Real Madrid”in baş məşqçi namizədləri arasında adı hallanan Raul Qonsales başqa klubla anlaşıb.
Metbuat.az xəbər verir ki, Kike Setyeni postundan göndərən “Vilyarreal” klubu Raul Qonsaleslə razılıq əldə edib. İnsayder Fabritsio Romano bildirib ki, tərəflər ilkin razılığa gəlsələr də, yekun qərarlarını verməyiblər.
“Real Madrid” 47 yaşlı mütəxəssisi istəyəcəyi təqdirdə buraxmağa hazırdır.
Qeyd edək ki, Raul Qonsales “Real Madrid”in ikinci komandasını çalışdırır. O, daha əvvəl U-19 və gənclər komandalarında da işləyib. Onun əsas komandaya baş məşqçi təyin olunacağı iddia edilirdi.