Efirə şalvarsız qoşuldu, biabır oldu - VİDEO

İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin üzvü və iqlim məsələləri üzrə ekspert, belçikalı tədqiqatçı Fransua Gemenne xoşagəlməz hadisə ilə üzləşib.

Metbuat.az xəbər verir ki, Fransanın “LCI” kanalındakı proqrama onlayn qoşulan Gemennenin kamerası canlı efir zamanı yerə düşüb. Nəticədə belçikalı tədqiqatçının efirə şalvarsız qoşulduğu müşahidə edilib.

Türkiyə və Yunanıstanda yağan şiddətli yağışlarla əlaqədar çıxış edərkən yerə düşən kameranı əlinə almağa çalışan Gemenne işin öhdəsindən gəlib. Bununla belə əynində sadəcə köynək və alt paltar olan Gemenninin şalvarsız olduğunu milyonlarla insan görüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı