Azərbaycan nümayəndəsi Fələstinin xarici işlər naziri ilə görüşüb

Fələstin xarici işlər naziri Riyad Əl-Maliki Azərbaycanın Fələstindəki Təmsilçilik Ofisinin rəhbəri İlham Nəzərli ilə görüşüb.

Metbuat.az xəbər verir ki, nazir Fələstin və Azərbaycan arasında dostluq və qardaşlığa əsaslanan münasibətləri, gözəl tarixi əlaqələri və hər iki ölkənin xalqlarını birləşdirən sıx tarixi-mədəni dəyərləri yüksək qiymətləndirib.

Riyad Əl-Maliki bildirib ki, Azərbaycanın Ramallah şəhərində nümayəndəlik açmaq qərarı olduqca müsbət addımdır və bu, Azərbaycan ilə bir çox sahələrdə, xüsusilə də turizm və təhsil sahəsində əməkdaşlığı gücləndirəcək, iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə töhfə verəcək.

Nazir onu da diqqətə çatdırıb ki, Azərbaycanın Fələstinlə həmrəyliyi, BMT və digər bütün beynəlxalq dairələrdə Fələstin problemi ilə bağlı qətnamələrə müsbət səs verməsi, UNRWA-ya dəstək vermək öhdəliyini yerinə yetirməsi Fələsin üçün böyük əhəmiyyət daşıyır.

Görüşün sonunda XİN başçısı Azərbaycan nümayəndəsi İlham Nəzərliyə yeni missiyasında uğurlar arzulayıb. Qeyd edib ki, Azərbaycan nümayəndəsinin Fələstindəki diplomatik fəaliyyətinin uğurlu olması üçün Fələstin Xarici İşlər Nazirliyi və qurumun müxtəlif sektorları onu bütün imkanları ilə dəstəkləməyə hazırdır.

İlham Nəzərli isə, öz növbəsində, Riyad Əl-Malikiyə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun salamlarını çatdırıb. Bundan sonra isə Azərbaycanın Fələstin xalqına müstəqil dövlət qurmasında və Fələstin problemində qəti və dəstəkləyici mövqeyini bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR