Bu klubu rədd etdi, türklərə təklif edildi

Menecerlər tərəfindən əvvəlcə “Trabzonspor”a, sonra isə “Beşiktaş”a tövsiyə edilən Eden Hazard üçün dünyanın müxtəlif yerlərindən təkliflər gəlməyə davam edir.

Metbuat.az xəbər verir ki, yayı məşq etmədən keçirməsi belçikalı futbolçunun karyerasını bitirəcəyi ilə bağlı iddiaların səslənməsinə səbəb olub.

Məlumata görə, Braziliyanın “Santos” klubu Eden Hazarda təklif irəli sürüb. Bildirilir ki, ikinci liqaya düşmək üzrə olan “Santos” heyətini gücləndirməyə çalışır. “Foot Mercato”nun məlumatına görə, Hazard “Santos”un təklifini rədd edib.

İddialara görə, Hazard Avropada qalmaq üçün Türkiyədən gələn təklifi dəyərləndirir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı