​Kanadada 1052 məntəqədə meşə yanğınları davam edir

Kanadada 1052 məntəqədə meşə yanğınları davam edir.

Metbuat.az xəbər verir ki, onlardan 791-ini hələ də nəzarət altına almaq mümkün olmayıb. Hökumətin açıqlamasına görə, yanğınlarla əlaqədar olaraq 232 min insan təxliyə edilib. Açıqlamada deyilir ki, Kanadanın mərkəzində, şərqi Albertadan Ontarionun mərkəzinə qədər meşə yanğınları daha intensivdir. Bildirilib ki, cari mövsümdə ölkədə təxminən 165 min kvadrat kilometr ərazi yanıb və yanğınlar genişlənməkdə davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR