"Əl Hilal"ın heyətində hələki meydana çıxmayan Neymar liqadakı rəqabətin səviyyəsinə heyran qaldığını bildirib.
Metbuat.az xəbər verir ki, Neymar Səudiyyə Ərəbistanında futbolun keyfiyyətinin yüksəldiyini bildirib. O, Səudiyyə Ərəbistanı çempionatının Fransa çümpionatından zəif olmadığını irəli sürüb.
“Səudiyyə Ərəbistanı liqası transferlərə görə Fransadan daha keyfiyyətli olub-olmadığını deyə bilmərəm. Məşq tempi çox gərgindir, qələbə istəyi böyükdür. “Əl-Hilal”la çempionluq qazanmaq istəyirəm. İnsanlar liqanın tanınmadığını, komandaların zəif olduğunu deyirlər. Səudiyyə Ərəbistanı çempionatını qazanmaq asan olmayacaq, çünki güclənən başqa komandalar var”.