Röya Ayxan konsertdən nə qədər qazanıb? - AÇIQLAMA

Türkiyə sənət adamlarının Bakıda keçirdiyi konsertdən böyük miqdarda gəlir əldə etmələri ilə bağlı ölkə mətbuatında yayılan məlumatlar böyük müzakirəyə səbəb olur. Onların arasında Ebru Gündəş, Hadisə və Mahsun Qırmızıgülün adları keçir. Məsələn, bu yaxınlarda Bakıda qonaq olan Türkiyəli müğənni Hadisə "Dalğa Beach”də açıq havada konsert verib və tədbirdən 5 milyon TL (328000 manat) qazanıb. Bundan əlavə Ebru Gündeş də keçirdiyi konsertdən Türkiyəyə 2.5 milyon lirə döndüyü bildilir. Bəs, Azərbaycanda 3 günlük konsert layihəsi ilə çıxış edən, Xalq artisti Röya Ayxan nə qədər pul qazanıb?

Metbuat.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, müğənninin mətbuat xidmətinin rəhbəri Elvin Elxan Röya Ayxanın üçgünlük "Biri var” adlı solo konsertindən əldə olunan vəsaitlə bağlı məlumat vermək istəmədiyini bildirib:

"Azərbaycan estrada sənətində Röya Ayxandan başqa kassa dolduran müğənni yoxdur. Bütün biletlər satılmışdı, bir yer boş deyildi. Röya Azərbaycanda yeganə müğənnidir ki, konsert biletlərinin üstündə dava gedir. Biz düşündük ki, konserti dördüncü gün də keçirsək ki, bilet almayan insanlar kənarda qalmasın. Təəssüf ki, buna nə zaman, nə də enerjimiz qalmamışdı. Konsert başdan ayağa şoudan ibarət idi, Röya xanım da fiziki olaraq çatdıra bilmirdi”.

Müğənninin sözçüsü onun 25 ildir ki, sənətdə olduğunu vurğulayıb:

"Bu illər ərzində konsertdən gəlir əldə edib, heç bir zaman konsertdən ziyanla çıxmayıb. Biz iddia etmirik ki, batdıq, pul qazana bilmədik, Röya xanım qazanmasa ildə iki dəfə konsert verər? Büdcə açıqlanmır. Röya xanımın xarakterinə zidd olduğu üçün büdcəni açıqlamırıq. Əlbəttə ki, gəlir əldə olunub”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR