Mərakeşdə zəlzələdən ölənlərin sayı 820 oldu - YENİLƏNİB

Mərakeşdə zəlzələdə ölənlərin sayı 820-yə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə “France24“ məlumat yayıb.

Eyni zamanda ən azı 672 nəfər yaralı olduğu bildirilib.

***

Mərakeşdə zəlzələdə ölənlərin sayı 632-yə çatıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

***

08:30

Gecə saatlarında Mərakeşdə 7 maqnitudalı zəlzələ baş verib.

Metbuat.az bildirir ki, bu barədə "CNN" məlumat yayıb. Məlumata görə, zəlzələ nəticəsində ölənlərin sayı 296 nəfərə çatıb, yaralı sayı 153-dür. Yaralıların hamısı xəstəxanaya çatdırılıb.

Zəlzələ ocağı yerin 6 kilometr dərinliyində yerləşib. Dağıntılar altında qalanların olduğu və ölü sayının arta biləcəyi gözlənilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR