Özünüməşğulluq çərçivəsində biznesini quranların sayı açıqlandı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən özünüməşğulluq proqramına cəlb olunmuş şəxslərin biznes planlarına uyğun mal və materiallar formasında aktivlərlə təminatı davam edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a verilən məlumata görə, avqust ayı ərzində daha 2211 nəfər özünüməşğulluq proqramı iştirakçısı aktivlərlə təmin olunub. Proqram iştirakçıları onlara verilmiş aktivlər hesabına öz kiçik biznes sahələrini yaradıblar.

Proqram iştirakçıları üçün əvvəlcə kiçik biznesin təşkili üzrə bilik və bacarıqlara malik olmaları məqsədilə təlimlər təşkil edilir, sonra aktivlərlə təmin olunurlar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı