Ronaldodan nümunəvi davranış: Otelini zərərçəkənlərə verdi - FOTO

Kriştiano Ronaldonun Mərakeşdə yerləşən "Pestana CR7 Marrakech" adlı 4 ulduzlu oteli zəlzələdən zərərçəkənlərin istifadəsinə verilib.

Metbuat.az xəbər verir ki, Mərakeşdə baş verən zəlzələdən zərərçənlər Ronaldonun otelinə yerləşdirilib. “Marca” qəzetininin məlumatına görə, zəlzələdən sonra insanlar dağılmayan binalara üz tutublar. Onların arasında “Pestana CR7 Marrakech" oteli də var.

Məlumata görə, insanlar bir neçə saat binanın ətrafında gözləyiblər. Ardınca onlara binaya daxil olmağa icazə verilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR