"Toylar kralıyam" - Elariz Məmmədoğlu biznesindən danışdı

"Məndən başqa burada baş çıxaran olmaz".

Metbuat.az xəbər verir ki, bu sözləri ABŞ-yə köçən müğənni Elariz Məmmədoğlu "Xoş gəldin" verilişində danışıb. O bildirib ki, uzun müddətdir Amerikadadır və öz biznesi var:

"Amerikada biznesim var, toylara da gedirəm. Biznesim var. Toylara gedirəm, həm konsertlərim təşkil edilir, həm də restoranda çıxışlarım olur. Toyda, konsertdə öz mahnılarımı oxuyuram. Amma restoranda ukraynalı üçün Ukrayna, yunan üçün yunan, gürcü üçün gürcü dilində mahnı oxuyuram".

Müğənni bildirib ki, o, Amerikanın toylar kralıdır:

"Məndən başqa burada baş çıxaran olmaz. Amerikada 5 ildən çox yaşadıqdan sonra vətəndaşlıq üçün yaşamalısan. Mənim isə "Greencard"ım var, istənilən vaxt ABŞ-yə girib-çıxa blirəm. Amerikanın toylar kralıyam".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı