Ukrayna ordusu Baxmutda irəliləyir

Ukrayna qoşunları Donetsk vilayətinin Avdiyivka şəhəri yaxınlığındakı Opitne kəndinin bəzi məntəqələrini işğaldan azad edib.

Metbuat.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar açıqlama verib. O bildirib ki, Ukrayna ordusunun Avdiyivka istiqamətində uğur qazandığını bildirib. Malyar bildirib ki, Ukrayna əsgərləri Donetsk vilayətinin Novomayorske yaxınlığında da qismən uğur qazanıb və tutduqları mövqeləri gücləndiriblər. Malyar Baxmut istiqamətində daha 2 kvadrat kilometr ərazinin işğaldan azad edildiyini bildirərək, bu istiqamətdə indiyə qədər azad edilən ümumi ərazinin 49 kvadrat kilometr olduğunu qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR