Emre Mor bu klubla razılaşdı

"Fənərbaxça"nın istedadlı futbolçusu Emre Mor başqa kluba transfer olmaq üzrədir.

Metbuat.az xəbər verir ki, futbolçu "Adana Dəmirspor"la razılığa gəlib. Bildirilir ki, futbolçu “Fənərbaxça”nın UEFA-ya təqdim etdiyi Konfrans Liqasının heyətində yer almayıb. Bundan sonra "Adana Dəmirspor" Emre Moru icarəyə götürmək üçün hərəkətə keçib.

Məlumata görə, tərəflər razılaşıb. “Fənərbaxça” Emre Moru satmaq əvəzinə icarəyə verməyə razılıq verib.

Qeyd edək ki, "Fənərbaxça"da 42 rəsmi matça çıxan Emre Mor bu matçlarda 6 qol vurub, 3 məhsuldar ötürmə edib. Futbolçu bu mövsüm əsas heyətdə yer almayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR