Byazi İordaniyanı niyə seçib? - AÇIQLAMA

Böyük oyundan sonra bütün diqqət sabahkı matça yönələcək. Belçika ilə görüşü yaxşı keçirmişdik. Çıxışlarını izləmişəm. Maraqlı mübarizə olacaq.

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda İordaniya yığmasına qarşı keçirəcəkləri beynəlxalq yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.

Byazi İordaniyanı seçmə səbəbini də açıqlayıb:

“İordaniya çox yaxşı komandadır. FİFA reytinqində bizdən 40 pillə irəlidədirlər. Serbiya ilə oyunda öndə olsalar da, son anda məğlub oldular. Variantımız bu komanda idi, biz də seçdik”.

Qeyd edək ki, sentyabrın 12-də keçiriləcək Azərbaycan - İordaniya oyunu saat 20:00-da start götürəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR