Abubakardan klubu üçün böyük fədakarlıq

"Beşiktaş"ın hücumçusu Vinsent Abubakar Qətərin "Ər-Rayyan" klubunun təklifini rədd edib.

Metbuat.az xəbər verir ki, "Ər-Rayyan" Abubakara böyük məbləğdə pul təklif edib. “Fanatik”in xəbərinə görə, hücumçu “Beşiktaş”da qalmaq üçün təklifi qəbul etməyib. Məlumata görə, “Ər-Rayyan” Abubakara illik 9,5 milyon avro, o cümlədən 8 milyon avro zəmanətli ödəniş və çempionluq mükafatı olaraq 1,5 milyon avro təklif edib.

Qeyd edək ki, Vinsent Abubakar "Beşiktaş"da ildə 3,1 milyon avro qazanır. Kamerunlu futbolçu ötən mövsüm "Beşiktaş"a keçib və 16 matçda 13 qol vurub, 2 məhsuldar ötürmə edib. Bu mövsüm 9 matça çıxan Abubakar 5 qol vurub, 1 məhsuldar ötürmə edib. O, "Neftçi" ilə görüşdə də fərqlənmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR