Bayrağımızı öpən türk polisinə mükafat verildi - VİDEO

Türkiyə ilə Ermənistan arasında keçirilən matç zamanı girişdə Azərbaycan bayrağına göstərdiyi ehtiramla sosial mediada diqqət çəkən polis əməkdaşı mükafatlandırılıb.

Metbuat.az TRT-yə istinadən xəbər verir ki, Düzce valisi Səlçuq Aslan 2024-cü il futbol üzrə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə-Ermənistan matçı öncəsi nümunəvi davranışına görə Düzce Polis Şöbəsinin əməkdaşı Ramazan Şahinə sertifikat təqdim edib.

Qeyd edək ki, sentyabrın 8-də Avropa çempionatının (AVRO 2024) seçmə mərhələsi çərçivəsində Türkiyə ilə Ermənistan arasında görüş baş tutub. Yerli polis stadiona gələn azarkeşin üzərinə baxış keçirən zaman Azərbaycan bayrağını görüb və dövlət rəmzimizi öpərək böyük ehtimanını göstərib. Polis əməkdaşlarının bu davranışı alqışla qarşılanıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı