"iPhone 15"in qiyməti bəlli oldu

"Apple" yeni cihazların illik təqdimat mərasimində "iPhone 15"in qiymətini açıqlayıb.

Metbuat.az publika.az-a istinadən xəbər verir ki, bütün yeni cihazların satışı sentyabrın 22-də başlayacaq.

"iPhone 15" alüminium korpusa, beş bədən rənginə, "Dynamic Island" kəsikli yeni displey və 48 meqapiksellik əsas kameraya malikdir.

Smartfona USB "Type-C" vasitəsilə qoşulmaq mümkün olacaq. O, iki ölçüdə təqdim olunur: 6,1 düym və 6,7 düymlük ekranla.

128 GB yaddaşa malik "iPhone 15"in qiyməti 799 dollar olacaq. Böyük ekranlı "iPhone 15 Plus"un qiyməti isə 899 dollardan başlayır.

"Apple" həmçinin "iPhone 15 Pro" və "15 Pro Max"ı təqdim edib. Smartfonlar titan korpus və yenilənmiş kamera sistemi ilə təmin edilib.

"iPhone 15 Pro" 999 dollardan, "Pro Max" versiyası isə 1199 dollara başa gələcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR